Sinoptiklərdən xəbərdarlıq: Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyi arabir saniyədə 30 metrə qədər güclənəcək

5 Aprel 2021 16:48 (UTC+04:00)

Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 6-sı günün birinci yarısında Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, sürətinin 15-20 metr/saniyə olacağı, arabir saniyədə 23-28, yarımadanın bəzi yerlərində isə arabir 30 metrədək güclənəcəyi gözlənilir.

Aprelin 6-da Azərbaycanın rayonlarında qərb küləyinin əsəcəyi, arabir 15-20, ayrı-ayrı yerlərdə 25-30 metr/saniyəyədək güclənəcəyi gözlənilir.