Ermənistanın təxribatı cavabsız qalmadı

5 Aprel 2021 17:35 (UTC+04:00)

Ermənistan –Azərbaycan Dağlıq Qarabağ münaqişəsi  XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub,onun nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərib.

1988-ci ildə erməni tərəfinin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları  və etnik zəmində təxribatları ilə başlamış bu münaqişə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə nəticəlnib.

 Ermənistanın hərbi təcavüzü eyni zamanda Azərbaycanda yaranmış vətəndaş müharibəsi təhlükəsi hərc-mərclik ,iqtisadi böhran, dövlət institutlarının iflic  olması ölkənin faktiki  “olum,ya ölüm” seçimi qarşısında qoyub.Məhz bu kritik anda Azərbaycan xalqı öz quruluşunu  böyük oğlu ,təcrübəli dövlət xadimi Heydər Əliyevdə görüb və ölkənin gələcək taleyini ona etibar edib.

    Dövlətlərarası xarakterinə görə beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid mənbəyinə çevrilən münaqişə beynəlxalq təşkilatlar çərçivəsində ciddi müzakirələrə səbəb olur,problemlə bağlı bir sıra mühüm sənədlər qəbul olunur.

   Azərbaycan xalqına qarşı davam edən erməni təcavüzünün qurbanları həm də tarixi-dini abidələr,müqəddəs ocaqlar və məbədlərdir.Tarixi-dini abidələr xalqımızın milli kimliyini ,mənəvi -əxlaqi dəyərlərini və adət-ənənələrini  özündə təcəssüm etdirən ,onun ruhani yaddaşını hifz edə