Reabilitasiya müəssisələrində 700-dən çox qaziyə reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib

6 Aprel 2021 12:50 (UTC+04:00)

2019-2021-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir olunaraq yenidən qurulub, ən müasir avadanlıqlarla təchiz edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Movqe.az-a bildirilib ki, həmin müəssisələr Vətən müharibəsi iştirakçılarının reabilitasiya və sosial-psixoloji xidmətlərlə təmin olunmasına öz töhfəsini verir. Postmüharibə dövründə həmin müəssisələrə 700-dən çox qazi qəbul olunaraq reabilitasiya və sosial-psixoloji xidmətlərlə əhatə olunub. Hazırda xidmətlərin göstərilməsi prosesi davam edir.