Tokio şəhərində keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanmış idmançılarımızın adları açığlandı

6 Aprel 2021 13:15 (UTC+04:00)

Masallı idmançısı  Azərbaycan Üzgüçülük Federasiyasının yetirməsi Dünya çempionatının  bürünc medalçısı, Vəli Rəşadət oğlu İsrafilov Tokio şəhərində keçiriləcək üzgüçülük üzrə XVI Yay Paralimpiya Oyunlarında iştrak edəcəkdir.

İsrafilov Vəli Rəşadət oğlu 18 oktyabr 2002-ci ildə Rusiya Federasiyasının Tumen vilayətində anadan olmuşdur. 2006-cı ildə ailəsi ilə birlikdə doğma vətəni  Azərbaycan Respublikasının Masallı rayonunun Köhnə Alvadı kəndinə   qayıtmışdır. 2008-ci il ildə Masallı şəhər “Dəfinə” məktəb-liseyinin 1-ci sinifinə daxil olmuş, sonradan isə orta  təhsilini B.Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbində davam etdirərək 11-ci sinifi  bitirmişdir. 2019-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Univeristetinin Elektrotexnika və Energetika faklutəsinə daxil olmuş, hazırda ikinci kurs tələbəsidir.

İsrafilov Vəli Rəşadət  oğlu uşaqlıq illərindən idmanın üzgüçülük növü ilə məşğul olmağa başlamışdır. Artıq 10 yaşında olarkən dəfələrlə Bakı şəhərində keçirilən birinciliklərin qalibi adına layiq görülmüş və Milli komandanın məşqçilərinin rəğabətini qazanmışdır. 12 yaşında artıq “İdman Ustalığı”na namizəd olmuş  və Milli komandaya cəlb edilmişdir. İsrafilov Vəli Rəşadət oğlunun az yaşı olmasına baxmayaraq dəfələrlə Beynəlxalq yarışlarda uğurla çıxış etmişdir. Serbiya , Slovakiya , Macarıstan, Türkiyə və s. Ölkələrində  keçirilən yarışlardan dəfələrlə  Azərbaycan Respublikasının  üçrəngli bayrağını uca zirvələrdə  dalğalandırmışdır.

Vəli  İsrafilov 2016-ci ildə keçirilən IV İslam Həmrəylik Oyunlarına lisenziya qazanmış  və yarışda iştrak edən ən kiçik yaşlı idmançı olmuşdur. Bu yarışlarda  yarımfinala qədər yüksəlmiş  və sonda 11-ci yerdə qərarlaşmışdır.

İsrafilov Vəli Rəşadət oğlu 15 yaşında “İdman ustası” normativini doldurmuşdur. İsrafilov Vəli Milli Olimpiya komandası ilə yanaşı həmdə Milli Paraolimpiya  komandasınında üzvüdür.

2019-cu ildə Vəli Londonda keçirilən üzgüçülük üzrə Dünya Çempionatında III yerə layiq görülmüş və Tokiyoda keçirilən Paraolimpiya Oyunlarına lisenziya qazanmışdır.

Əlihüseyn ŞÜKÜROV