Gürcüstanın Baş nazirində koronavirus təsdiqlənib

6 Aprel 2021 14:31 (UTC+04:00)

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin koronavirusa yoluxduğu təsdiqlənib.

Movqe.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Gürcüstan hökumət administrasiyası məlumat yayıb.

Bildirilir ki, Baş nazir hazırda özünütəcrid rejimindədir. O, özünü yaxşı hiss edir və hazırda fəaliyyətini məsafədən davam etdirir.