Coğrafiyaçı alimlərin məqaləsi beynəlxalq jurnalda çap edilib

6 Aprel 2021 17:46 (UTC+04:00)

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları – coğrafiya üzrə fəlsəfə doktoru, dosent Cuma Məmmədov və elmi işçi Zülfəli Rəsulovun həmmüəllif olduqları “Əsas təbii amillərin təsiri nəzərə alınmaqla palçıqlı sellərin asılı gətirmələrinin ən böyük sərflərinin hesablanmasında yeni yanaşma” adlı məqalə Rusiyanın impakt faktorlu “Вестник геонаук” jurnalında çap edilib.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumatda deyilir ki, Kiçik Qafqaz çaylarında baş verən sellərin ən böyük sərflərinin hesablanması metodikasına həsr olunmuş məqalədə ilk dəfə tədqiq olunan ərazi üçün asılı gətirmələrin ən böyük sərflərinin hesablanma metodikası işlənilmişdir. Bu metodika palçıqlı sellərin əmələ gəlmə şəraitini daha müfəssəl əks etdirir və hesablama xətası ±25%-ə qədərdir. Alınmış tənliklər Kiçik Qafqazın öyrənilməmiş çayların palçıqlı sellərinin parametrlərinin təsviri və öyrənilməsi üçün istifadə edilə bilər.