ABŞ neft qiymətlərinə dair proqnozunu yüksəldib

7 Aprel 2021 11:50 (UTC+04:00)

ABŞ neft qiymətləri ilə bağlı proqnozunu açıqlayıb.

AZƏRTAC Birləşmiş Ştatların Enerji İnformasiya Administrasiyasının (EIA) yaydığı məlumata istinadla xəbər verir ki, cari ildə “Brent” markalı xam neftin bir barrelinin orta qiymətinin 62,28 dollar olacağı nəzərdə tutulur. Ötənaykı proqnoz isə 60,67 dollar/barrel idi.

EIA bildirib ki, ilin ikinci yarısında “Brent”in orta qiyməti 65,32 dollar/barrel, üçüncü rübdə 62,69 dollar/barrel, sonuncu rübdə isə 60 dollar/barrel olacaq.

Gələn il “Brent” neftinin orta qiyməti 60,49 dollar/barrel təşkil edəcək. Əvvəlki proqnoz 59 dollar/barrel idi.

“Light” markalı xam neftin orta qiymətinin bu il 58,89 dollar/barrel, növbəti ildə isə 56,74 dollar/barrel olacağı gözlənilir. Ötənaykı proqnozlar 2020-ci il üçün 57,24 dollar/barrel, 2021-ci il üzrə 54,75 dollar/barrel olmuşdu.