Dünyada son sutkada koronavirusa 520 minə yaxın yeni yoluxma faktı qeydə alınıb

8 Aprel 2021 09:26 (UTC+04:00)

Dünyada son sutkada koronavirusa 517 mindən çox yeni yoluxma faktı qeydə alınıb.

Movqe.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 517 585 nəfər yeni koronavirusa yoluxub, 9 264 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 132 046 206, ölənlərin isə 2 867 242 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.