Bakıda növbəti "Fərqli Fərdlər" konqresi keçiriləcək

8 Aprel 2021 10:22 (UTC+04:00)

Xüsusi Qayğıya Ehtiyacı Olan İnsanlar üçün 3-cü “Fərqli Fərdlər” Konqresi 17-18 aprel tarixlərində onlayn formatda keçiriləcək.

"Caspian Event Organisers" təşkilatından Movqe.az-a verilən məlumata görə, builki konqresin fərqli cəhəti ondan ibarətdir ki, tədbirin əhatə etdiyi mövzular daha da genişlənərək, nəinki xüsusi qayğıya ehtiyacı olan uşaqları, eləcə də böyükləri ehtiva edəcək. Tədbir çərçivəsində əsas diqqət pandemiya ilə əlaqədar ekstremal iş şəraitində, o cümlədən hərbi əməliyyatlarda iştirak edən şəxslərin sosial-psixoloji adaptasiyası probleminə yönəldiləcək.

Konqres əsnasında ABŞ, Almaniya, Azərbaycan, Böyük Britaniya, Finlandiyadan, İsrail, İsveç və Rusiya mütəxəssislərin iştirakı ilə aşağıdakı istiqamətdə müzakirələr aparılacaq:

Bizim barədə bizsiz kəlməsiz – autizm haqqinda bütün məlumatlar ilk mənbədən
Diaqnoz - ilk addim
İnklüziv məktəb bu gün – miflər və realliq
Məktəbdən həyata - Xüsusi qayğıya ehtiyacı olan insanların məşğulluğu
Fərqli insanlar üçün fərqli mühit
Gözəgörünməz diaqnozlar - Bipolyar affektiv pozuntusu, kleptomaniya, uşaqlarda və yeniyetmələrdə Obsessiv Kompulsiv Pozuntu
Biz birlikdə güclüyük - Pandemiya dövründə xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələrinə kömək
Müharibə, pandemiya və fərqli insanlar

Konqresin tam proqramı ilə linkdən keçərək tanış ola bilərsiniz: https://ferqliferdler.az/az-programme/

Qeydiyyat artıq açıqdır! Qeydiyyatdan keçməyə tələsin: https://ferqliferdler.az/az-register/

Konqres haqqında ən son məlumatları almaq üçün Facebook səhifəmizi izləyin: https://www.facebook.com/ferqliferdlercongress

Ötən illər keçirilən Konqreslərdəki çıxışlar ilə linkdən keçməklə tanış olmaq mümkündür: https://ferqliferdler.az/az-multimedia/39-2020.html