Hansı qadınlar kökəlir?

17 May 2012 16:20 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Avropalı mütəxəsizlər hansı qadınların kökəlməyə meyilli olduğunu açıqlayıblar. Onların apardığı sorğuda 25-45 yaş arası qadınlar iştirak ediblər. Qeyd edək ki, bu qadınlar övlad sahibidirlər.

Son nəticə isə qadınların hamiləlik dövründə pəhriz saxlamaması və uşaq dünyaya gəldikdən sonra, özlərinə baxmamasıdır.

Həkimlərin fikrincə, məss, hamiləlik dövründən sonra qadınlar iki dəfə daha çox kökəlməyə meyilli olurlar. Bu isə sonradan qadınların səhhətində müəyyən problemlərə yol açır.

Türkan Nadirqızı

Movqe.az