Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

8 Aprel 2021 20:50 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl Oseymini qəbul edib.

Movqe.az Trend-ə istinadla xəbər verir, Prezident İlham Əliyev Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə Yusif bin Əhməd əl Oseyminə “Dostluq” ordeni təqdim edib.