Soros fondunun Ermənistandakı rəhbəri istefa verdi

9 Aprel 2021 22:00 (UTC+04:00)

Ermənistandakı Açıq Cəmiyyət Fondunun (Soros) rəhbəri Larisa Minasyan vəzifəsindən istefa verib.

Virtualaz.org-un erməni KİV-inə istinadən məlumatına görə, yaxın günlərdə Fondun Ermənistanda yeni direktor seçəcəyi bildirilib.

Xatırladaq ki, Larisa Minasyan 21 il idi Ermənistandakı Açıq Cəmiyyət Fonduna rəhbərlik edirdi.