Viləş uşaq bağçasının kollektivi şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə kampaniyasında iştirak ediblər

10 Aprel 2021 11:48 (UTC+04:00)

 Masallı şəhər “Viləş” uşaq bağçasının təşkilatçılığı ilə bağçanın həyətində 200 ədəd ağac əkilmişdir.

Belə ki, ağacəkmə kampaniyasına bağçanın kollektivi ilə yanaşı bağçada təlim-tərbiyə alan körpə fidanların vaildeynləridə qoşulmuşlar.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinə həsr olunmuş ağacəkmə kampaniyasında böyüklərlə yanaşı uşaqlarda böyük həvəslə çalışmış, hər biri böyük səy göstərmişlər.

Əlihüseyn ŞÜKÜROV