Azərbaycanın Ağdam şəhəri urbisidin açıq nümunəsidir - Hikmət Hacıyev

11 Aprel 2021 16:36 (UTC+04:00)

İkinci Qarabağ müharibəsi zamanı erməni işğalından azad edilmiş Ağdam şəhəri urbisidin ən açıq nümunəsidir.

Movqe.az Trend-ə istinadla bildirir ki, bu barədə özünün "Twitter" səhifəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yazıb.

H.Hacıyev bildirib: "Urbisid sözü - hərfi mənada "şəhərə qarşı şiddət" kimi tərcümə olunan termindir. İşğaldan azad edilən, Ermənistanın 30 ill ərzində vandalizmi nəticəsində tamamilə dağıdılmış və talan edilmiş işğaldan azad edilmiş Ağdam şəhəri URBİSİD-in aydın bir nümunəsidir. Ağdam "Qafqaz Xirosiması" adlandırılır".