Haitidə katolik kilsənin bir qrup xidmətçisi qaçırılıb

12 Aprel 2021 09:44 (UTC+04:00)

Haitidə katolik kilsənin ən azı yeddi xidmətçisi qaçırılıb.

Movqe.az Trend-ə istinadla bildirir ki, bu barədə "Agence France-Presse" agentliyi xəbər verib.

Məlumata əsasən, hadisə Kua-de-Buke şəhərində baş verib. Onlardan iki nəfəri Fransa vətəndaşıdır.

Cinayətkarlar 1 milyon dollar azadlıq pulu tələb edir. Polis ərazidə fəaliyyət göstərən silahlı qruplaşmanı bunu etməkdə şübhəli bilir.