Bu ilin I rübündə 35 minədək şəxs aktiv məşğulluq tədbiri ilə əhatə olunub

13 Aprel 2021 15:12 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin birinci rübündə 35 minədək işsiz və işaxtaran şəxs aktiv məşğulluq tədbiri ilə əhatə olunub.

Bu barədə Movqe.az-a NAzirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat daxil olub. Onlardan 31,3 mini münasib işlərlə təmin edilib. 3500-dək şəxs kiçik bizneslərini yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub.