MEK-də Zemfira Hacıyevanın şəxsi kitab kolleksiyası yaradılıb

14 Aprel 2021 16:36 (UTC+04:00)

Mərkəzi Elmi Kitabxanaya (MEK) Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatının Elmi irs mərkəzinin rəhbəri, tarix üzrə elmlər doktoru, dosent Zemfira Hacıyeva öz şəxsi kitabxanasından 100-dən artıq nəşr hədiyyə edib. MEK-in İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a bildirilib ki, kitablar sırasında “Heydər Əliyev Müasir Azərbaycan Parlamentinin Banisidir”, “Heydər Əliyev və mədəniyyət”, “Эволюция Азербайджанского Танца (Гусейнова А.Б.)”, “Osmanlı Belgelerinde Karabağ”, ”Novruz Süfrəsi (Əhmədov Əhməd-Cabir)”, “Март 1918 г. Баку Азербайджанские погромы в документах”, “Fizika həyatımızda (Çingiz Qacar)”, “Древнегреческие Атомисты (А.О.Маковельский)”, “Борьба за Закавказье (1917-1921) (Фируз Каземзаде)”, “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” və digərləri yer alıb.

Qeyd edək ki, müxtəlif elmi mövzuları əhatə edən həmin nəşrlər kolleksiya şəklində toplanaraq AMEA MEK-in fondlarında mühafizə olunacaq və yaxın zamanlarda e-kataloqa daxil edilərək oxucuların istifadəsinə veriləcək.