Azərbaycanda 2 317 nəfər COVID-19-a yoluxub, 36 nəfər vəfat edib

15 Aprel 2021 17:23 (UTC+04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 317 yeni yoluxma faktı qeydə alınıb, 2 109 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 36 nəfər vəfat edib.