ABŞ-da atışma - Ona yaxın ölü, çoxlu yaralı var

16 Aprel 2021 13:00 (UTC+04:00)

ABŞ-ın İndianapolis şəhərində "FedEx" poçt şirkətinin binası yaxınlığında atışma olub.

Movqe.az Trend-ə istinadla məlumat verir ki, hadisə nəticəsində azı 8 nəfər həlak olub.

Çoxlu sayda yaralıların olduğu deyilir.

Polis hadisəni törədən şəxsin intihar etdiyini bildirib. Hazırda hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.