Dövlət Statistika Komitəsi ilə UNICEF arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunub

16 Aprel 2021 21:00 (UTC+04:00)

Aprelin 16-da Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondunun (UNICEF) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardinlə görüşüb.

Komitənin mətbuat xidmətindən Movqe.az-a bildirilib ki, görüşdə 2021-2025-ci illər üçün Azərbaycan üzrə Ölkə Proqramının prioritetləri və Dövlət Statistika Komitəsi ilə UNICEF arasında ikitərəfli əlaqələrin inkişafına dair məsələlər müzakirə olunub.