Yevlaxda ikimərtəbəli ərzaq mağazası yanıb

19 Aprel 2021 09:57 (UTC+04:00)

Yevlax şəhərində hər mərtəbəsi 650 m² olan ikimərtəbəli ərzaq mağazasının ikinci mərtəbəsinin yanar konstruksiyaları 56 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.