Bakıda qəzada yaralananların adları məlum oldu

19 Aprel 2021 10:17 (UTC+04:00)

Heydər Əliyev prospektində baş verən ağır yol qəzasında xəsarət alan iki nəfərin şəxsiyyəti məlum olub.

Movqe.az “Report”a istinadla məlumat verir ki, üç avtomobilin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü Əliyev Nemət Rafiq oğlu, 1982-ci il təvəllüdlü Kazım Quliyev və Verdiyev Samir Sahib oğlu xəsarət alıb.

Ə. Nemətə qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

K. Quliyevə isə döş qəfəsinin küt travması və qapalı kəllə-beyin travması diaqnozları qoyulub.