Türkiyə və Yunanıstan Müdafiə nazirlikləri arasında növbəti toplantı keçiriləcək

19 Aprel 2021 22:00 (UTC+04:00)

Türkiyə və Yunanıstan Müdafiə nazirlikləri arasında qarşılıqlı etimadın artırılması tədbirlərinə dair dördüncü tur toplantının keçirilməsinə dair razılıq əldə edilib.

Movqe.az AZƏRTAC-a istinadla xəbər verir ki, bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Açıqlamada qeyd edilir ki, planlaşdırılan toplantının keçirilmə tarixi və digər detalları barədə yaxın vaxtlarda məlumat veriləcək.