Dünyada ötən sutka koronavirusa 724 mindən çox yoluxma qeydə alınıb - ÜST

20 Aprel 2021 09:00 (UTC+04:00)

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 724 mindən çox artıb.

Movqe.az Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 724 720 nəfər yeni koronavirusa yoluxub, 10 955 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 141 057 106, ölənlərin isə 3 015 043 nəfərə çatıb.