Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Özbəkistanın ölkəmizdəki səfiri ilə görüşüb

20 Aprel 2021 14:18 (UTC+04:00)

Komitənin mətbuat xidmətindən Movqe.az-a bildirilib ki, aprelin 20-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Əşrəfxanovla görüşüb.

Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında dövlət başçılarının rolunun xüsusi qeyd edildiyi görüşdə bütün istiqamətlərdə olduğu kimi, statistika sahəsində də əməkdaşlığın əhəmiyyəti vurğulanıb, qarşlıqlı əlaqələrin inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.