AzTU təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir

20 Aprel 2021 18:00 (UTC+04:00)

Movqe.az-a daxil olan məlumata görə, Azərbaycan Texniki Universiteti (AzTU) 2021/2022-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə qiyabi formada təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir:

 

Sənədlərin qəbulu 2021-ci il avqustun 31-dək onlayn formada həyata keçiriləcək.

Təkrar ali təhsil almaq istəyənlər tələb olunan sənədləri www.aztu.edu.az saytının əlavə və distant təhsil bölməsindən və ya http://tekrar-alitehsil.aztu.edu.az:9594/ linkindən qeydiyyatdan keçib yükləyə bilər. 

Təkrar ali təhsil almaq üçün tələb olunan sənədlər bunlardır:

Rektorun adına ərizə;
Diplom və əlavəsinin surəti;
Şəxsiyyət vəsiqəsinin surəti;
3 ədəd fotoşəkil ( 3x4 ölçüdə);

1993-cü ildən sonra xarici ali təhsil müəssisələrində təhsil almış məzunlar aldıqları diplomların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliliyi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş Şəhadətnamənin surətini təqdim etməlidir.

Təkrar ali təhsil ödənişli əsaslarla aparılır və təhsil haqqı ixtisaslara uyğun olaraq müqavilə əsasında ödənilir.

Qeyd: Hər hansı bir ixtisas üzrə sənədləri təqdim edən vətəndaşların sayı 7 nəfərdən az olduğu təqdirdə həmin ixtisas üzrə qəbul prosesi aparılmır.