60 mindən çox şəxs Qarabağa qayıdış proqramı çərçivəsində keçirilən sorğuda iştrak edib

21 Aprel 2021 09:00 (UTC+04:00)

Qarabağa qayıdış proqramı çərçivəsində keçirilən onlayn sorğuda bu günə kimi 60 min insan iştirak edib.

Bunu Trend-ə açıqlamasında Sorğu Qrupunun üzvü Rəsmiyyə Abdullayeva bildirib. Onun sözlərinə görə, keçirilən onlayn soğrudan əlavə 1135 vətəndaşla üzbəüz görüşlər də baş tutub:

"Qabağa qayıdış layihəsi çərçivəsində bizim 3 növ, 5 istiqamətdə sorğumz keçirilir. Onlayn şəkildə aparılan sorğuda artıq 60 min insan iştirak edib və sayta 398 min baxış sayı olub. Digər soğru üzbəüz keçirilir və artıq yekunlaşıb. Bu sual-cavabda ilk öncə 1100 nəfərin iştirakı nəzərdə tutulsa da, daha sonra bu saya 35 nəfər də əlavə edildi. Sonuncu- üçüncü sorğunun isə sahibkarlar arasında keçirilməsi nəzərdə tutulub. Burada isə 250-300 nəfərin iştirakı gözlənilir".

R.Abdullayeva qeyd edib ki, üzbəüz keçirilən sorğu artıq təhlil edilib və ilkin nəticələr var:

"Bəzi şəxslər deyirdilər ki, onlayn sorğu varsa, 1100 nəfərlə üzbəüz görüş nəyə lazım idi? Qeyd etmək istərdim ki, üzbəüz sorğu daha dərinləşdirilib, 4 blok, 42 sualı əhatə edir. Onlayn sorğuda isə 18 sual var.