Çay sodası möcüzələr yaradır
17 May 2012 17:00 (UTC+04:00)
Çay sodasının faydası:
- Çay sodası iy gələn hər hansı bir əşyanın
və yaxudda bir yerin iyini götürür. Onu suya əlavə edib ayaqqabı
şkafına səppək kifayətdir ki, artıq iydən əsər əlamət
qalmayacaq.
- Qıcqırma zamanı bir stəkan suya bir çay
qaşığı sodanı əlavə edib, içmək kifayətdir.
- Vanna qəbul edərkən, suya bir-neçə xörək
qaşığı soda əlavə etmək xeyirlidir. Dəridə olan qaşınmaları götürür
və soyuqdəymədən qoruyur.
- Soda vasitəsiylə hər bir şeyi təmizləmək
mümkündür.
- Paltar yuyarkən yuyucu toza çay sodası
əlavə etmək, yuyulan paltarı dahada təmiz edir. Ağ paltarları
ağardır, rəngliləri isə dahada parlaq edir.
- Saçları yuyarkən sodadan hazırlanmış
pasta olduqca effektivdir. Misal üçün, sodaya bir damcı su əlavə
edib saçları yuyarkən, onlar yumşaq və parlaq olurlar.
- Sodadan hazırlanmış pasta həmçinində,
həşəratların , arıların və s. sancması zamanı yaxşı təsir edir. O
zəhəri götürür və ağrıları azaldır.
Türkan
Nadirqızı
Movqe.Az