Birinci rübdə 6452 ton əczaçılıq məhsulları idxal olunub

23 Aprel 2021 12:44 (UTC+04:00)

Cari ilin üç ayında ölkəyə 6452 ton əczaçılıq məhsulları idxal edilib.

Movqe.az Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına istinadla xəbər verir ki, idxal edilən əczaçılıq məhsullarının dəyəri 113,2 milyon dollar olub.

Xatırladaq ki, ötən ilin müvafiq dövründə Azərbaycana 85 milyon dollarlıq 4949 ton əczaçılıq məhsulları idxal edilib.