Masallı şəhərinə inzibati ərazi dairəsi üzrə nümayəndə təyin olundu

28 Aprel 2021 13:34 (UTC+04:00)

Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədovun 27 aprel 2021-ci il tarixli müvafiq əmri ilə Əbülfəz Asif oğlu Nuriyev Masallı rayon İcra hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunmuşdur.
 
Əbülfəz Nuriyev 20.08.1963-cü ildə Masallı rayonunun Musaküçə kəndində anadan olub. 1987-ci ildən Masallı şəhər Qarabağ küçəsində yaşayır. 1970-1980-ci illərdə Musaküçə kənd tam orta məktəbində orta təhsil almış, 1980-1985-ci illərdə Azərbaycan Politexnik İnstitutunda mühəndis mexanik peşəsi üzrə ixtisaslaşmışdır. 1985-1986-ci illərdə 4№-li Masallı rayon Meyvə-tərəvəz müəssisəsində II dərəcəli çilingər, 1986-1987-ci illərdə 4№-li Masallı rayon Meyvə-tərəvəz müəssisəsində təhlükəsiz üzrə mühəndis, 1987-1991-ci illərdə LKGİ-nin Masallı rayon komitəsinin idman və kütləvi müdafiə şöbəsinin müdiri, 1991-1992-ci illərdə AGİ Masallı rayon komitəsinin təşkilat şöbəsinin müdiri, 1992-1994-cü illərdə AGİ Masallı rayon Məclisinin sədr müavini və sədri, 1994-2001-ci illərdə Masallı rayon Gənclər və İdman idarəsinin rəisi, 2001-2007-ci illərdə Masallı rayon Mətbuatyayım şöbəsinin rəisi, 2007-2011-ci illərdə Masallı rayon Mətbuatyayım şöbəsinin rəis vəzifəsinin icraçısı, 2011-2016-cı illərdə Masallı rayon Mətbuatyayım şöbəsinin rəisi və 2016-2021-ci illərdə Masallı rayon 2 saylı Regional Mətbuatyayım idarəsinin rəisi vəzifələrində çalışmışdır.
Ailəlidir. 3 övladı var.

Əlihüseyn ŞÜKÜROV