Hafiz Paşayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

29 Aprel 2021 19:52 (UTC+04:00)

Prezident İlham Əliyev H.M.Paşayevin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam verib.

Sərəncamla Azərbaycan Respublikasında təhsilin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Hafiz Mir Cəlal oğlu Paşayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilir.