Rusiyalı deputat və ekspertlər Ağdamda

1 May 2021 13:54 (UTC+04:00)

Rusiyalı deputat və ekspertlərin Ağdamda İmarət qəbiristanlığını ziyarət ediblər.

Movqe.az Trend-ə istinadla bildirir ki, nümayəndə heyəti Ağdamda Qarabağ xanlarının türbələrinin də yerləşdiyi İmarət qəbiristanlığını ziyarət ediblər. Nümayəndə heyətinin üzvləri ermənilərin qəbiristanlıqda törətdiyi vandallığı öz gözləri ilə görüblər.

Nümayəndə heyətinin tərkibində aşağıdakı şəxslər iştirak edir:

Oleq Valençuk, Rusiya Dövlət Dumasının “Vahid Rusiya” partiyasından deputatı, Təbii ehtiyatlar, mülkiyyət və torpaq münasibətləri komitəsinin üzvü

Sergey Kalaşnikov, Rusiya Dövlət Dumasının Liberal Demokrat partiyasından deputatı

İqtisadi siyasət, sənaye, innovativ inkişaf və sahibkarlıq komitəsi sədrinin birinci müavini

Sergey Voronin, Liberal Demokrat partiyasının Rusiya Dövlət Dumasındakı fraksiya rəhbərinin müşaviri, İnformasiya-analitika departamentinin rəhbəri

İqor Korotçenko, "Natsionalnaya Oborona" jurnalının baş redaktoru

Dionis Kaptar, jurnalist, yazıçı, publisist, "Den" telekanalının aparıcısı

Sergey Markov, Siyasi Araşdırmalar İnstitutunun direktoru

Darya Qrevtsova, Siyasi Araşdırmalar İnstitutunun direktor müavini