Çili sahillərində 5,8 bal gücündə zəlzələ olub

2 May 2021 18:44 (UTC+04:00)

Çili sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.

Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Kokimbo şəhərindən 8 kilometr cənub-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib., sunami təhlükəsi yoxdur.