ABŞ-da qaçqınların qəbul limiti artırılıb

4 May 2021 13:10 (UTC+04:00)

ABŞ prezidenti Cozef Bayden 2021-ci il maliyyə ilində (oktyabrın 1-dən başlanır) qaçqınların qəbul limitinin 62,5 min nəfərə qədər artırılması barədə sənəd imzalayıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat verib.

Qeyd edək ki, 2020-ci maliyyə ilində bu göstərici 2019-cu il ilə müqayisədə demək olar, iki dəfə az olaraq 18 min nəfər təşkil edib.

Bildirilir ki, fevrla ayında Cozef Bayden bu limitin 2022-ci maliyyə ilində 125 min nəfərə qədər artıracağını vəd edib.