İndoneziyanın qərbində 5,8 bal gücündə zəlzələ olub

5 May 2021 11:19 (UTC+04:00)

Mayın 5-də yerli vaxtla saat 8:24 dəqiqədə İndoneziyanın Qərbi Sumatra əyalətində 5,8 bal gücündə zəlzələ baş verib.

Movqe.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə İndoneziya Meteorologiya, Klimatologiya və Geofizika Agentliyi məlumat yayıb.

Yeraltı təkanların Mentavay adalarındakı Tuapect kəndindən 3 kilometr cənub-qərbdə, ocağının 29 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir, Sunami xəbərdarlığı elan edilməyib.