“Startap üçün yeni imkanlar” mövzusunda məlumatlandırıcı vebinar keçiriləcək

5 May 2021 23:40 (UTC+04:00)

Startaplar üçün yaradılmış yeni dəstək mexanizmləri, o cümlədən “Startap” şəhadətnaməsi ilə bağlı mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün məlumatlandırıcı vebinar təşkil olunacaq. Mayın 7-də saat 11.00-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçiriləcək “Startap üçün yeni imkanlar” mövzusunda vebinarda startaplar üçün yeni maliyyə dəstəyi mexanizmləri, “Startap” şəhadətnaməsinin üstünlükləri, müraciət qaydası və lazım olan sənədlər barədə məlumat veriləcək, KOB subyektlərini maraqlandıran suallar cavablandırılacaq.

KOB subyektləri aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməklə vebinarda iştirak edə bilərlər: https://zoom.us/webinar/register/WN_6jLmAUoVQO2FMUx6LFiJfA