Ermənistanda 5 mindən çox fərari əfv olunur

6 May 2021 12:29 (UTC+04:00)

Ermənistan parlamenti hərbi xidmətdən yayınan vətəndaşların amnistiyası ilə bağlı qanun layihəsini qəbul edib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, "Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında" qanuna dəyişikliklər ikinci oxunuşda qəbul edilib.

Qeyd olunur ki, dəyişikliklər ötən ilin sentyabrınadək xidmətdən yayınan əsgər və zabitlərə şamil olunacaq.