Zəfər yolu bu ilin sentyabrında istifadəyə veriləcək

6 May 2021 13:55 (UTC+04:00)

Şuşa şəhərinə çəkilən Zəfər yolu bu ilin sentyabrında istifadəyə veriləcək.

Trend-in məlumatına görə, bu barədə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun şanlı qələbəsindən 6 gün sonra yolun tikintisinə başlanıldı: "Hazırda ərazidə fasiləsiz olaraq tikinti işləri davam etdirilir. 101 kilometr uzunluğa malik yol 4 və 6 hərəkət zolaqlı olacaq. Yol bu ilin sentyabr ayınadək asfaltlanaraq tam istifadəyə veriləcək.