Qarabağda dinc həyatın təmin olunması üçün həyata keçirilən prosesləri siyasiləşdirmək lazım deyil - Lavrov

6 May 2021 15:09 (UTC+04:00)

Qarabağda dinc həyatın təmin olunması üçün həyata keçirilən prosesləri siyasiləşdirmək lazım deyil.

Movqe.az Trend-ə istinadla bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yerevanda ermənistanlı həmkarı Ara Ayvazyanla görüşü zamanı deyib.

O bildirib ki, bu proses kifayət qədər çətin gedir: "Çünki indi regionda birləşdirici marşrutların təşkili, təmas xətti məsələsi, sərhədlərin delimitasiyası və demarkasiyası məsələləri həll olunur. Regionun rahat nəfəs alması və dinc həyatın təmin olunması üçün bu məsələlərin həlli vacibdir. Əvvəl siyasi müzakirələrlə məşğul olub bu prosesi sonraya saxlamaq istəyənlər, fikrimcə, bu prosesi baş-ayaq çevirir. Siyasi prosesləri insanların normal yaşayışının təmin olunmasından - necə ki, azərbaycanlılar və ermənilər on illər, yüz illər boyunca normal yaşayıblar - sonra həll etmək olar".