Masallıda Beynəlxalq Ailə Günü qeyd edilib

8 May 2021 11:24 (UTC+04:00)

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Beynəlxalq Ailə Günü münasibətilə tədbir keçirilib

Dünən, 7 may 2021-ci il tarixdə Masallı rayon Heydər Əliyev Mərkəzində ara məsafəsi gözlənilmək şərtilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Beynəlxalq Ailə Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri, məktəb direktorları və müavinləri, bağça işçiləri, ağsaqqallar və ağbirçəklər, veteranlar, gənc ailələr, vətəndaş cəmiyyətinin təmsilçiləri, Cənubunsəsi.az xəbər portalnın baş redaktoru Mərhəmət Lələyev  iştirak etmişdir.
Əvvəlcə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə yaradılan qısametrajlı film nümayiş etdirilib.
Sonra tədbiri giriş sözü ilə açan məruzəçi, Masallı Rayon İcra Hakimiyyəti başçının müavini –İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova rayon rəhbəri cənab Şahin Məmmədovun salamlarını tədbir iştirakçılarına çatdırdı. Sonra o, qeyd etdi ki, BMT Baş Assambleyasının 1993-cü il 20 sentyabr tarixli qətnaməsinə müvafiq olaraq, 1994-cü ildən etibarən hər il mayın 15-i dünyada Beynəlxalq Ailə Günü kimi qeyd edilir. Hazırkı tədbirin planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltməyə xidmət etdiyi ifadə olunub.
Məruzə ətrafənda çıxışlarda Masallı rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev,  Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Lətifə Həsənova, Ərkivan qəsəbə 3 nömrəli tam orta məktəbinin müəllimi Sübhan Şiriyev,  Hacıtəpə kənd məscidinin axundu Nəcəfqulu Quliyev, Eminli kənd məscidinin axundu Hacı Rəbbi Kərimov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, Qızılavar kənd tam orta məktəbinin direktoru Lətifə Qənbərzadə və başqaları, ölkəmizdə təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət ailə siyasətinin uğurla həyata keçirildiyi, ailənin cəmiyyətin əsas özəyi kimi dövlətin daim himayəsində olduğu xüsusilə vurğulanıb. Eləcə də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər bir ailəyə diqqət və qayğısı, ailə dəyərlərinin qorunub saxlanılması, ailələrin sosial müdafiəsinin gücləndirilməsi üzrə həyata keçirilən ardıcıl tədbirlər, gənclərin vətənpərvərlik tərbiyəsi, 44 günlük Vətən müharibəsindəki Zəfər Qələbəmiz haqqında danışılıb.
Natiqlər daha sonra bildiriblər ki, Azərbaycanda ailə institutunun sütunları böyüyə hörmət, ailə başçısına sədaqət, qarşılıqlı sevgi və digər dəyərlərə söykənir.
Tədbirin axırında fikir mübadiləsi aparılıb, ailə mövzusunda, erkən nikahlar, gənclərin tərbiyəsi mövzusunda tədbirlər müəyyənləşib.

Əlihüseyn ŞÜKÜROV