İncəsənət adamları dövlətimizin başçısına dərin minnətdarlıq ifadə edirlər

8 May 2021 14:35 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

Möhtərəm Cənab Prezident!

Biz - Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının sənətçiləri İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarına layiq görülməyimiz haqqında sərəncamınızı sonsuz sevinc hissi ilə qarşıladıq. Yaradıcı fəaliyyətimizə belə yüksək qiymət verdiyinizə görə Sizə dərin təşəkkürümüzü bildiririk. Xüsusən də ölkəmiz üçün mürəkkəb olan belə bir məqamda - pandemiyanın davam etdiyi, 44 günlük müharibənin başa çatdığı və Qarabağda geniş bərpa və quruculuq işlərinin başladığı bir dönəmdə mədəniyyət və incəsənət xadimlərinin sosial vəziyyəti ilə maraqlanmağınız və bizə diqqət ayırmağınız böyük önəm daşıyır.

Cənab Prezident! Uzun illər ərzində dünyanın yaxın-uzaq ölkələrində ən mötəbər səhnələrdə sənət nümayiş etdirməklə yanaşı Azərbaycanın müxtəlif bölgələrində - Gəncə, Qəbələ, İsmayıllı, Şəki, Ağcabədi və s. keçirilən müxtəlif mədəni tədbirlərdə böyük coşqu ilə iştirak edirdik. Lakin qəlbimizdə bir nisgil var idi - musiqi və mədəniyyətimizin beşiyi dilbər Qarabağda çıxış etmək imkanından məhrum idik. Məhz Sizin Ali Baş komandanlığınız altında qısa zaman kəsiyində şanlı ordumuz bizim üçün əlçatmaz olan bu arzunu gerçəkləşdirdi. Hazırda Sizin rəhbərliyinizlə Qarabağda böyük sürətlə aparılan bərpa və quruculuq işləri tezliklə başa çatacaq, biz ən yaxın zamanda repertuarımızdakı Qarabağı vəsf edən möhtəşəm tamaşa və konsertlərlə Böyük Zəfər yolundan keçərək Azərbaycanın mədəniyyət paytaxtı elan etdiyiniz Şuşada, habelə Ağdam, Fizuli, Qubadlı, Zəngilan, Kəlbəcər və işğaldan azad olunmuş digər bölgələrdə çıxış edəcək, uzun illərin həsrət və yanğısına son qoyacağıq.

Cənab Prezident! Sizə bir daha bizə göstərdiyiniz etimada - əməyimizə belə yüksək dəyər verdiyinizə görə böyük minnətdarlığımızı bildirir, Sizə və ailə üzvlərinizə cansağlığı diləyir və əmin edirik ki, bundan sonra da Azərbaycan mədəniyyətinin inkişafı və çiçəklənməsi yolunda bütün qüvvə, bacarıq və istedadımızı sərf edərək çalışacağıq.

Dərin hörmət və ehtiramla

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru

Akif Məlikov

 

Mükafata layiq görülən sənətçilər:

Abbasova-Budaqova Afaq Nurəhməd qızı

Adıgözəlov Yalçın Vasif oğlu

Babayeva İnarə Əhməd qızı

Cəfərov Samir Qədir oğlu

Əsgərov Əli Rəhim oğlu

Hacıyeva Naylor Fidan Hacıağa qızı

Hacıyeva Sevil İnşalla qızı

Həşimov Orxan İlqar oğlu

Hüseynova Kamilla Fikrət qızı

İbrahimova Nigar Rəfael qızı

Kərimova Cəmilə Rüstəm qızı

Kərimova Qərinə Rəhim qızı

Quliyev Əyyub Ramiz oğlu

Quliyev Hafiz Məhərrəm oğlu

Qurbanov Cahangir Qafar oğlu

Mikayılov Anar Şamil oğlu

Mirzəyev Gülağası Ağa Hüseynoviç

Poladov Əkrəm Nicat oğlu

Səmədov Samir Səməd oğlu

Vahabzadə Səbinə Qulam qızı

Zeynalov Azər Zeynalabdin oğlu

Zeynalov Elnur Əli oğlu