"Qəhrəmanlarımızı tanıdaq" layihəsinin qonağı Xətai İmanov

8 May 2021 16:58 (UTC+04:00)

 "Masallı Gənclər Evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə "Qəhrəmanlarımızı tanıdaq" layihəsinin qonağı II Qarabağ müharibəsinin iştirakçısı Xətai İmanov ilə onlayn görüş keçirilmişdir.

Vətənin azadlığı yolunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükut ilə yad edilmişdir.

Tədbirdə II Qarabağ müharibəsinin iştirakçısı Xətai İmanov çıxışında qeyd etmişdir ki, Vətən müharibəsində qələbə qəhrəman övladlarımızın canı, qanı bahasına qazanılmışdır.44 gün davam edən Vətən Müharibəsi böyük qələbəmizlə başa çatdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etmisdir.Tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.

Döyüşlərin obyektiv müşahidə mənzərəsi var və istənilən hərbi mütəxəssis görə bilər ki, bu gün Azərbaycan Ordusu döyüş meydanında qələbə əldə edibdir. Azərbaycan Ordusu öz üstünlüyünü göstərir, Azərbaycan əsgəri və zabiti yüksək mənəvi-psixoloji keyfiyyətlər göstərir, mənəvi ruh göstərir. Çünki biz öz torpağımızda vuruşuruq, öz torpaqlarımızı azad edirik. Ermənistanın əsgərləri işğalçılardır. Döyüş gedən torpaq onların torpağı deyil.

Ona görə də döyüş əməliyyatlarında erməni əsgəri mövqelərini qoyub qaçır, Azərbaycan əsgəri isə öz torpağı uğrunda baş qoyur, canından keçirdi.

Vətən müharibəsi iştirakçısı Xətai İmanov II Qarabağ savaşında keçdikləri döyüş yolları haqqında məlumat verib. Müharibə getdiyi günlərdə yaşadıqları hissləri görüş iştirakçıları ilə bölüşüb. Gənclərdə vətənpərvərlik hisslərinin daha da güclənməsi üçün öz tövsiyələrini verib, gənclərin maraqlandıran suallarını cavablandırıb.

Əlihüseyn ŞÜKÜROV