“Azərsun Holdinq” Ulu Öndərin məzarını ziyarət edib

10 May 2021 11:58 (UTC+04:00)

Xalqımızın milli-mənəvi dəyərlərinə, tarixinə vəşəxsiyyətlərinə dərin hörmət bəsləyən “AzərsunHoldinq” müasir Azərbaycanın qurucusu, ÜmumilliLideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə silsilə tədbirlər həyata keçirib. 

Ümumilli Liderimizin anım tədbirləri ilə əlaqədarŞirkətlər Qrupu adından ulu öndərin məzarı önünə əklilqoyulub. Həmçinin görkəmli alim akademik ZərifəƏliyevanın və Əziz Əliyevin məzarları ziyarət edilərəkxatirələri ehtiramla yad edilib.

“9 may” faşizm üzərində qələbənin qazanılmasının 76-ci ildönümü münasibətilə Şirkətlər Qrupu adından 2 dəfə Sovet İttifaqı qəhramanı olmuş Həzi Aslanovunabidəsi zirayət olunub, önünə gül dəstəsi qoyulub.

Qeyd edək ki, 640 min həmvətənimizin iştirak etdiyimüharibədə Azərbaycan xalqı çox itkilərə və hədsizməhrumiyyətlərə məruz qalaraq düşmən üzərindəqələbənin qazanılmasında mühüm rol oynayıb.