Məktəb kollektivləri Ümummilli lider Heydər Əliyevə həsr olunmuş sərgiyə baxış keçiriblər

11 May 2021 16:12 (UTC+04:00)

 Masallı Rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişafı və Karyera Mərkəzinin (GİKM) Masallı rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə Mərkəzdə keçirilən "Heydər Əliyev və Azərbaycan" mövzusunda əl işləri sərgisi davam edir.
10 may tarixində rayonun Bambaşı kənd və Boradigah qəsəbə tam orta məktəblərinin müəllim və şagird kollektivləri, "Viləş" məktəbəqədər təhsil müəssisəsinin kiçik fidanları Mərkəzə təşrif buyurub, Ümummilli liderə həsr olunmuş sərgidə nümayiş etdirilən əl işlərinə baxış keçiriblər.
Sonra kollektivlərlə xatirə fotoları çəkilib.

Əlihüseyn ŞÜKÜROV