Azərbaycanda indiyədək neçə nəfər peyvənd olunub

11 May 2021 17:45 (UTC+04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 18 339 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Movqe.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3783, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 556 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 705 906, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 009 487, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 696 419 təşkil edir.