“Azərsun Holdinq”-dən Ramazan bayramı aksiyası

12 May 2021 11:30 (UTC+04:00)

Azərbaycanın qeyri-neft sektorunun aparıcışirkətlərindən olan və Azərbaycanın milli-mənəvidəyərlərinə hörmətlə yanaşan "Azərsun Holdinq” Ramazan bayramı ilə əlaqədar sosial layihə həyatakeçirib.

Bayram münasibətilə şirkətlər qrupu əməkdaşlarıNizami Rayon İcra Hakimiyyəti ilə birgə sözügedənrayonda qeydiyyatda olan şəhid və müharibəiştirakçıları, aztəminatlı ailələri ziyarət edib, öz istehsaletdiyi məhsullardan hazırlanmış bayram bağlamasıhədiyyə edib.

Aksiya İmişli rayonu, Saray qəsəbəsi və Masazır, Novxanı kəndində də davam edib. Yüzlərlə aztəminatlı, şəhid və qazı ailələri ziyarət olunub, bayram bağlaması hədiyyə edilib. 

Fəaliyyəti dövründə müxtəlif dövlət qurumları və təşkilatlarla əməkdaşlıq edən “Azərsun Holdinq” bu dəfə “Asan Könüllüləri” təşkilatı ilə birgə Ramazan bayramı aksiyasını davam etdirib, yüzlərlə eyni kateqoriyadan olan ailələri bayram sovqatı ilə ziyarət olunub.