Şuşa Azərbaycanın alınmaz qalasıdır, bu tarixi bizə Azərbaycan Prezidenti, Ali Baş Komandan yaşatdı...

14 May 2021 13:00 (UTC+04:00)

...Şuşa şəhərinin ərazisi qədim abidələrlə zəngin idi.

Şəhərdə 549 qədim bina, ümumi uzunluğu 1203 metr daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud idi. O cümlədən, 72 mühüm sənət və tarixi abidələri, dövlət xadimlərinin və başqa tanınmış şəxslərin evləri olmuşdu.

Bu abidələrin çoxu XIX əsrdə yaşamış memar Kərbəlayı Səfixan Qarabağı tərəfindən tikilmiş və həmin dövrün ən məşhur nəqqaşı Kərbəlayi Səfərəli tərəfindən bəzədilmişdir.

Ötən əsrin yetmişinci illərində Azərbaycan hökuməti iki tarixi qərar qəbul etmişdi. Həmin qərarların yerinə yetirilməsi Şuşanın sosial və mədəni inkişafında böyük əhəmiyyət kəsb etmişdir. Şəhərdə yeni sənət ocaqları yaradılmış, bərpa, tikinti və yaşıllaşdırma işlərində yüksək nailiyyətlər qazanılmışdır. Bir sözlə, hər ötən il şəhərdə dərin iz qoymuşdu. Tarixi-memarlıq və şəhərsalma abidəsinin yüksək bədii əhəmiyyəti nəzərə alınaraq 1977-ci ildə Şuşa tarixi-memarlıq qoruğuna çevrilmişdi.

Qala divarı (uzunluğu 8 kilometr uzunluğunda), Qala Divarları üzərində tikilmiş bürclər (17 ədəd), 17 qədim üslübda salınmış məhəllə, 17 məscid, 17 bulaq, 17 hamam, Meydan bulağı, İsa bulağı, Saxsı bulaq, Turşsu Qalereyası, Karvansaray (4 ədəd), Şahlıq körpüsü, Gəncə qapısı, Mirzə Həsən qəbiristanlığı, Şor bulaq, Mirfəseh qəbiristanlığı, Rasta bazar, Torpaq meydan, Zarıslıda Korun karvansarayı, Təzə məhəllədə körpü, Ü.Hacıbəyovun heykəli, Bülbülün büstü, H.Hacıbəyovun büstü, Cıdır düzü, Topxana meşəsi, Ağaböyük Xanımın bürcü, Malıbəylidə Qızlar məktəbi, Un dəyirmanı, Kəlba Şəhriyarın bağı, Mirfəseh bağı, “Həzrət Əli” kahası,“Qızıl qaya”, Səkili bulağı, Qotur bulağı, Şəmilin bağı, Hacıyevlərin armud bağı, Ağabəyim Ağanın qəsri, Bəhmən Mirzə Qacarın saray kompleksi, Bəhmən Mirzənin hərəmxanası, Bəhmən Mirzə, Qacarın tikdirdiyi “Bab” hamamı, Qacarların məqbərə kompleksi, Qulam Şahın malikanəsi, Əsəd bəyin malikanəsi, Mamay bəyin malikanəsi, Şeytana bazar, Əfsanəvi Leyli qalası, Çuxur məhəllədə 2 minarəli “Şəfa ocağı”, Məhəmməd Həsən Ağanın imarəti, Qarabağ xanlığının Divan kompleksi, “Həzrət Abbas Şəfa ocağı”, Dəlik-daş pilləkan kompleksi, Qarabaş Qazisinin mülkü, Şuşa Ovdan bulağı, Vaqif poeziya evi, M.P.Vaqifin məqbərəsi, M.P.Vaqifin müəllimlik etdiyi bina, M.P.Vaqifin büstü, M.P.Vaqifin evi, Xan qızı Xurşud Banu Natəvanın sarayı, Xan qızı Xurşud Banu Natəvanın bulaq kompleksi, X.B.Natəvanın büstü, X.B.Natəvanın tikdirdiyi “Qarama”, X.B.Natəvanın tikdirdiyi həbsxana, Aşağı Gövhər Ağa Məscidi, Yuxarı Gövhər Ağa Məscidi, Malıbəyli Məscidi, Qaybalı Məscidi, Şırlan məscidi, Alban kilsəsi, Rus kilsəsi, Hacı Qulamın mülkü, M.M.Nəvvabın mülkü, M.M.Nəvvabın abidə kompleksi, Nəcəfqulu Ağanın mülkü, Ağa-Əbdürrəhim Ağanın evi, Hacı Bəşirin mülkü, Cabbar Qaryağdı oğlunun mülkü, Mirzə Hüseynin mülkü, Mirəlibəyin mülkü, Seyid Məcidin mülkü, Kəlba Şirinin mülkü, Öpənnik Qara Zeynalın mülkü, Fərzalı bəyin mülkü, Allahverənli Kəlba Şirinin mülkü, Çuxur məhəllədə Kal Həsənin evi, Təzə məhəllədə Xayatlılar Mehdinin evi, Çuxur məhəllədə Kürd uşağının evi, Məşədi Qəhrəmanın mülkü, Quyruq məhəlləsində Məşədi Teymurun evi, Mehmandarovun ev kompleksi, Zöhrabbəyovların evi, İbrahim xanın mülkü, Sadıqcanın qəsri, Uluq bəyin evi, Quyruq məhəlləsində Sadıq bəyin mülkü, Cəlal bəyin evi, Nəcəf bəy Vəzirovun mülkü, Virudin bəy Köçərlinin mülkü, Süleyman Sani Axundovun mülkü, İsmayıl bəyin evi, Məşədi Şirinin mülkü, Gəray Əsgərovun mülkü, Ağamirovların mülkü, Hüsü Hacıyevin mülkü,  Hüsü Hacıyevin büstü, Kəlbə Hüseynin evi, Yusif Vəzir Çəmənzəmənlinin mülkü, Mir Həsən Vəzirovun mülkü, Qaraşovların mülkü, Hüseyn Qayıbovun mülkü, Q.B.Zakirin yaşadığı ev, Q.B.Zakirin qəbirüstü abidəsi, Hacı Dadaşın mülkü, Əbdülrəhim bəy Haqverdiyevin evi, Hacı Şükürün imarəti, Qədimovların mülkü, Ü.Hacıbəyovun ev muzeyi, Bülbülün ev muzeyi, Xalça muzeyi, Rəsm Qalereyası, Tarix-Diyarşünaslıq muzeyi, Qarabağ Dövlət tarixi muzeyi, Azərbaycanda ilk “realnı uçiliş”in binası, Yaşıl aptek, Mədəniyyət evi, külli miqdarda gümüş və mis qablar, İbrahim Xəlil xanın 1801-ci ildə tikdirdiyi mədrəsə kompleksi (Gövhər Ağanın məscdinin həyətində), Qarabağ xanlığının vəziri Mirzə Cəmal bəy Cavanşirin və onun ailəsinin məqbərə kompleksi, tarixin yaddaşı olan Daş Kitabələr dediklərimizə sübutdur.

Təəssüflə qeyd olunmalıdır ki, artıq özü bütövlükdə böyük bir abidə olan Şuşa şəhəri, 17 məhəllə - Urudlar,  Seyidli, Culfalar, Quyuluq, Çuxur, Hacı Yusifli, Dördlər Qurdu, Dörd Çinar, Çöl Qala, Köçərli, Mamayı, Merdinli, Saatlı, Dəmirçilər, Hamamqabağı, Təzə məhəllə və Xocamircanlı məhəllələri də ermənilər tərəfindən dağıdılmışdır.

8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi, 25 orta məktəb, 40 tibb müəssisəsi, 24 tarixi abidə viran edilmişdir.

Əldə olunan məlumata görə, Şuşada mövcud olmuş və Azərbaycana aid olan bütün tarixi, mədəni, memarlıq abidələri və müqəddəs dini inanc yerləri erməni silahlıları tərəfindən məhv edilmişdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev 27 yanvar 2021-ci il tarixdə, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qeyd etmişdir ki, Şuşanın işğal altına düşməsi böyük faciə idi. Hər bir şəhərin, hər bir kəndin, rayonun işğal altına düşməsi böyük faciə idi. Amma Şuşanın işğal altında düşməsi bizim üçün bəlkə də ən ağrılı itkimiz olmuşdur. Təkcə ona görə yox ki, Şuşanın strateji yerləşməsi imkan verirdi ki, bütün bölgəyə, - əgər orada işlər düzgün qurulsaydı, - nəzarət edək, imkan verirdi ki, Şuşanı müdafiə etmək üçün hətta az qüvvələrlə bütün lazımi tədbirləri görək. Şuşanın itirilməsi xalqımız üçün böyük sarsıntı yaratmışdır, mənəvi sarsıntı yaratmışdır və biz 28 il Şuşasız yaşamışıq. Ancaq Şuşa ermənilər tərəfindən dağıdılsa da, əyilmədi, əsirlikdə olsa da, öz ləyaqətini itirmədi, erməniləşdirmə cəhdlərinə məruz qalsa da, Azərbaycan ruhunu qoruyub saxlaya bildi. Biz Şuşaya qayıtmışıq və noyabrın 8-də bu müjdəni Azərbaycan xalqına verərək demişdim ki, Şuşa, sən azadsan! Biz öz tariximizə qayıtmışıq. Əlbəttə ki, Şuşanı bərpa edəcəyik, Şuşanı dirçəldəcəyik və dirçəlmə prosesi artıq başlamışdır.
Bəli, ölkə rəhbərinin tapşırığı ilə Şuşa yenidən qurulur, tarixi görkəmi özünə qayıdır. Şuşa yenə ğözəl olacaq. Artıq şəhərin abadlıq-quruculuq sahəsində başlamış işləri adamın ürəyini dağa döndərir.
Eşq olsun Azərbaycana!
Eşq olsun Azərbaycan Prezidentinə!!!

Hafiz MƏDƏTOV
Masallı rayonu, Güllütəpə kəndi