Masallıda xeyriyyə aksiyası

15 May 2021 09:35 (UTC+04:00)

 Masallı Rayon İcra Hakimiyyətinin dəstəyi, Rayon Mərkəzi xəstəxanası və Bioloji Təbabət Klinikasının birgə təşkilatçılığı ilə Ramazan bayramı münasibətilə aztəminatlı ailələrin uşaqları üçün sünnət xeyriyyə aksiyası keçirilmişdir.
Aksiyaya aztəminatlı ailələrin uşaqlarından ümumilikdə 26 uşaq cəlb olunmuş onlardan 24-ü Bioloji Təbabət klinikasında 2-si Masallı Rayon Mərkəzi Xəstəxanasında sünnət olunmuşdur.

Aksiya çərçivəsində 15 may tarixində Bioloji Təbabət Klinikasında daha 18 uşağın sünnət olunması nəzərdə tutulmuşdur.

Əlihüseyn ŞÜKÜROV