Argentinada koronavirusdan ölənlərin sayı 70 mini ötüb

16 May 2021 09:30 (UTC+04:00)

Argentinada ötən sutka ərzində koronavirusa 21 469 yoluxma halı qeydə alınıb.

Movqe.az Trend-ə istinadla məlumat verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 3 290 935 nəfərə çatıb.

Bildirilir ki, son sutka koronavirusdan 400 nəfər ölüb, ölənlərin ümumi sayı 70 253 nəfər təşkil edir.