Yaponiya hökuməti peyvənd alınması üçün əlavə 4,7 milyard dollar vəsait ayırıb

16 May 2021 11:00 (UTC+04:00)

Yaponiya hökuməti koronavirusa qarşı peyvəndin alınması üçün ehtiyat fonddan əlavə 510 milyard yen (təqribən 4,7 milyard dollar) vəsaitin ayrılması barədə qərar qəbul edib.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə qərar hökumət tərəfindən cümə günü qəbul edilib. Bildirilir ki, Nazirlər Kabineti 2021-ci il ərzində koronavirusa qarşı əcnəbi farmasevrik şirkətlərdən peyvəndin alınmasına ümumilikdə 5 trilyon yen və ya 46 milyard dollar vəsait ayırıb.

Qeyd edilir ki, Yaponiya hökuməti ABŞ-ın “Pfizer” şirkətindən əlavə peyvənd dozalarını sentyabrda tədarük etməyi planlaşdırır. Bununla yanaşı, ABŞ-ın “Moderna” və “Novavax” şirkətləri ilə gələn il üçün peyvənd tədarükü barədə danışıqlar aparılır.